İnnovativ inkişaf – texnoloji yeniliklərin tətbiqi muxtar respublikada dövlət siyasətinin prioritet istiqamətini təşkil edir

Son illər təhsil sistemində yeni inkişaf xəttinin müəyyənləşdirilməsi, bu sahədə həyata keçirilən islahatların daha da dərinləşməsi göstərir ki, təhsil sektoruna önəm dövlət siyasətinin əsas prioritetlərindən biri kimi aktuallaşır. Naxçıvan Muxtar Respublikasında da bu istiqamətlər üzrə yeniliklərin tətbiqi və inkişaf etdirilməsi üçün məqsədyönlü addımlar atılır.
Naxçıvan Dövlət Universiteti qabaqcıl texniki biliklərin tələbələrə çatdırılması işində müasir vasitə və metodların işlənib tətbiq olunduğu elm ocaqlarındandır. Bu sahədə olan yeniliklərdən biri də “Naxçıvan Dövlət Universitetinin nəzdində Texnologiyalar Parkının yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli Sərəncamı olmuşdur. Bu innovativ xarakterli sahə ali təhsil müəssisəsinin imkanlarını daha da genişləndirməklə yanaşı, innovativ layihələrin hazırlanması və tətbiqinə son dərəcə böyük imkan yaradacaq.