Naxçıvan şəhərində bayram şənliyi keçirilib. Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şənlikdə iştirak edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bayram şənliyində muxtar respublikada fəaliyyət göstərən istehsal və xidmət müəssisələri, eləcə də ailə təsərrüfatları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb.  
Fuad Nəcəfli sakinlərlə səmimi söhbət edib, xatirə fotoları çəkdirib, onların bayramını təbrik edib, uşaqlara hədiyyələr verib.
Naxçıvan şəhərində bayram şənliyi və ictimai-iaşə xidməti gün ərzində davam edib.