Gəmiqaya Holding

Gəmiqaya Holdinq” adını, Nuh Tufanı əfsanəsi ilə əlaqələndirilən və Naxçıvan ərazisindəki Zəngəzur sıradağlarında yerləşən "Gəmiqaya" qədim yaşayış məskənindən almışdır.

Mərkəzi Naxçıvan şəhərində yerləşən Holdinq, 2008-ci ilin dekabr ayında təsis edilmişdir. Hazırda 14 şirkəti özündə birləşdirən “Gəmiqaya Holdinq” Azərbaycanda və digər ölkələrdə tikinti, sənaye, qida, ticarət və aqrar sahələrində fəaliyyət göstərir.

Holdinq tərəfindən muxtəlif iri miqyaslı və texnoloji cəhətdən müasir layihələr həyata keçirilmişdir. Belə ki, bunlara Heydər Əliyev adına saray, “Naxçıvan” Universiteti şəhərciyi, Müəllimlər İnstitutu, Naxçıvan Beynəlxalq Hava Limanı yeni uçuş-enmə zolağı, Naxçıvan-Sədərək və Naxçıvan-Ordubad magistral yolları, içməli su və kanalizasiya xətlərinin çəkilməsi, su təmizləyici qurğuları, su, günəş və elektrik stansiyaları, tunellər və bir sıra hündür mərtəbəli yaşayış binalarının inşasını misal göstərmək olar. Tikinti-quraşdırma işlərindən başqa Holdinq, digər sahələr üzrə bir sıra böyük layihələri də icra edir.

Holdinqin istehsal etdiyi məhsullar rəqabətə davamlı və ixracyönümlü məhsullar olmaqla bərabər, xarici bazarlara çıxarılır və öz keyfiyyəti ilə xüsusi rəğbət qazanır.

Holdinqin əsas meyyarı və devizi: peşəkarlıq, şəffaflıq, keyfiyyət, yüksək xidmət və alıcıların razılığıdır.

Təsadüfi olmayaraq seçilən bu deviz, əsas vizyonumuz və hədəfimizdir.