Sirab

”Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək  “Sirab” ASC bir sıra Avropa,Rusiya və Türkiyə firmalari ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.

Hal hazırda “Sirab” mineal sular zavodunda 7 texnoloji xətt quraşdırılmış 4 sex fəaliyyət göstərir.Bu xətlərdə  qazlaşdırılmış və qazlaşdırılmamış “Sirab” təbii mineral müalicəvi süfrə suyunun müxtəlif həcmli Pet və şüşə butulkalara doldurulması həyata keçirilir.Hal hazırda zavadumuzda 21 çeşiddə (0,5 lt, 1,0 lt, 1,5 lt həcmli Pet qazlı, 0,33 lt, 0,5 lt, 1,0 lt, 1,5 lt, 5,0 lt, 10 lt və 19 lt həcmli Pet qazsız ,  0.2 lt , 0,33 lt , 0,5 lt həcmli şüşə qazlı butulka, 0,33lt ilə 0.5lt həcimli şüşə qazsız butulka və 0,33 lt ,  0,75 lt şüşə qazli və qazsiz Premium sular) məhsul istehsal olunur.

Sirab mineral  sularının formalaşmasında  yer qabığının dərinliklərində gedən proseslər əsas rol oynayır.Çoxlu sayda qazılmış kəşfiyyat quyuları mineral suların çat damar  tipli olduğunu təsdiqləyir.Mineral suların kimyəvi tərkibini  Na/Cl əmaslını və digər komponentləri öyrənməklə onların genezisi və evolyusiyası müəyyənləşdirilir.Ərazinin mineral sularında iştirak edən qazların 97,5-99,9 %-ni karbon qazı təşkil edir.Azot,oksigen və digər nadir qazlar cuzi miqdardadır.Qazlı sularin ümumi minerallığı-   1,5 -3,3 q/dm3, qazsız sularin ümumi mineralliği-  0,10 q/dm3   və PH göstəricisi isə 7,4 -dir.