Naxçıvan Biznes Mərkəzinə muzey ekskursiyası təşkil olunmuşdur
Naxçıvan Muxtar Respublikasının nazirlik, komitə və baş idarələrinin muzey günləri qrafikinə uyğun olaraq 27 noyabr 2021-ci il tarixdə Avtomobil Yolları Dövlət Agentliyi kollektivinin və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərinin əməkdaşlarının Naxçıvan Biznes Mərkəzinə muzey ekskursiyası təşkil olunmuşdur. Bələdçi tərəfindən gələn qonaqlara mərkəzin fəaliyyət sahələri, muxtar respublikanın sosial-iqtisadi göstəriciləri və sosial infrastruktur obyektləri ilə bağlı göstəricilər, sərgi salonunda nümayiş olunan yerli istehsal məhsulları və istehsalçı şirkətlər haqqında ətraflı məlumat verilib.