Yaponiyanın H.I.S Group turizm şirkətinin nümayəndəsi Takahashi Shinsuki Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur.
2-3 dekabr 2021-ci il tarixlərdə Yaponiyanın H.I.S Group turizm şirkətinin nümayəndəsi Takahashi Shinsuki Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Səfərin məqsədi Yaponiyanın Tokio şəhərində açılacaq Azərbaycanın Ticarət Ofisində Naxçıvan Muxtar Respublikasının da turizm potensialının təbliğ edilməsi üçün muxtar respublikanın turizm baxış obyektləri və tarixi şərabçılıq ənənələri ilə tanışlıq idi. Bu səfər Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin dəstəyi ilə həyata keçirilmişdir. Səfər çərçivəsində Takahashi Shinsuki 2 dekabr 2021-ci il tarixdə "Naxçıvan Biznes Mərkəzi" MMC-nin sərgi salonu ilə tanış olmuşdur.