2022-ci ilin yanvar-may ayları ərzində güzəştli kreditləşdirmə davam etdirilib

2022-ci ilin “Sənaye ili” elan olunması bu sahədə işləri daha da sürətləndirmiş cari ilin yanvar-may ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən polietilen məmulatlarının, salfet, araq, çaxır, mebel, plastik qapı-pəncərə, çörək, dondurma, kənd təsərrüfatı avadanlıqları və digər istehsal sahələri olmaqla, ümumilikdə 11 layihəyə 4 milyon 743 min 500 manat kredit verilmişdir.

Naxçıvan şəhərində “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyətinin, Ordubad rayonunun Anaqut kəndində “Xan Çinar”  istirahət mərkəzinin istifadəyə verilməsi muxtar respublikada xidmət sahibkarlığının inkişaf etdirilməsinə və əhalinin daha rahat yaşayışının təmin olunmasına göstərilən qаyğının bariz nümunəsidir. Cari ilin yanvar-may ayları ərzində turizm infrastrukturunun inkişafı və yeni xidmət sahələrinin yaradılması məqsədilə 5 layihənin maliyyələşdirilməsinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 245 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir.

Əlavə iqtisadi artım mənbələrinin yaradılmasında və ixracın genişləndirilməsində stimullaşdırıcı tədbirlərdən olan güzəştli kreditləşdirmə kənd təsərrüfatı sahəsini də əhatə etmişdir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin yanvar-may ayları ərzində heyvandarlıq, arıçılıq, quşçuluq, bağçılıq təsərrüfatları, soyuducu anbar olamaqla, ümumilikdə 48 layihəyə 910 min 800 manat güzəştli kredit verilmişdir. Bu layihələrin icrası ixracda kənd təsərrüfatı məhsullarının ixrac həcminin artmasına müsbət təsir göstərəcəkdir.

Kiçik sahibkarlığın baza potensialı hesab olunan ailə təsərrüfatlarının inkişaf etdirilməsi artıq muxtar respublikada həyata keçirilən ən mühüm iqtisadi tədbirlərdəndir. Bu məqsədlə kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən 36 ailə təsərrüfatına Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin yanvar-may ayları ərzində576 min 300 manat  dövlət maliyyə dəstəyi göstərilmişdir.

Beynəlxalq əlaqələrin genişləndirilməsi, istehsal olunan məhsulların rəqabət qabiliyyətini artırmaqla ixrac potensialının gücləndirilməsi məqsədilə cari ilin yanvar-may ayları ərzindəölkə daxilində və xaricdə keçirilmiş 16tədbirdə 36 sahibkarlıq subyektinin 60nümayəndəsi iştirak etmişdir. Həmçinin  Rusiya, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan kimi ölkələrdə keçirilmiş 11 beynəlxalq sərgidə müxtəlif çeşiddə yerli istehsalməhsullar nümayiş etdirilmişdir.