Bu ilin ötən dövründə 260-dan çox yeni iş yeri açılıb.

Muxtar respublikada sahibkarlığın inkişafı, yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması əhalinin rifah halının yüksəlməsinə, yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb olmuşdur. 2022-ci ilin yanvar-iyun ayları ərzində bu istiqamətdə tədbirlər davam etdirilərək iqtisаdiyyаtın bütün sаhələri üzrə dövlət mаliyyə dəstəyi və özəl investisiya hesabına 90 istehsal və xidmət sahəsinin yaradılması başa çatdırılmış, 64 sahənin yaradılması davam etdirilmişdir.

Sahibkarlara güzəştli kreditlərin verilməsi onların bizneslərini inkişaf etdirərək yeni iş yerləri açmasına imkan yaradır. Bu baxımdan cari ilin ötən dövründə yeni yaradılan müəssisələr hesabına ümumilikdə 267 yeni iş yeri açılmış, 453-ü dövlət maliyyə dəstəyi hesabına, eləcə də 240-ı özəl investisiya hesabına olmaqla ümumilikdə 693 yeni iş yerinin yaradılması istiqamətində işlər davam etdirilmişdir.

2022-ci ilin yanvar-iyun ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 80 layihənin maliyyələşdirilməsinə 6 milyon 212 min 300 manat kredit vəsaiti verilmişdir.