İqtisadi islahatlar və nəticələr

Naxçıvanda demək olar ki, bütün sahələrdə aparılan sistemli islahatlar daha da dərinləşib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərman və sərəncamlarda, təsdiq etdiyi Dövlət proqramlarında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib. Bu islahatlar nəticəsində muxtar respublikada bir çox sahələrdə, xüsusilə sənaye, kənd təsərrüfatı və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib.