NAXÇIVAN MUXTAR RESPUBLİKASI GƏNCLƏR VƏ İDMAN İDARƏSİ, STATİSTİKA İDARƏSİ, BAYTARLIQ İDARƏSİ KOLLEKTİVİ NAXÇIVAN BİZNES MƏRKƏZİNDƏ OLUBLAR

  Naxçıvan Muxtar Respublikasının nazirlik, komitə və baş idarələrinin muzey günlərinin qrafikinə uyğun olaraq 14 may 2022-ci il tarixdə Gənclər və İdman İdarəsi, Statistika İdarəsi, Baytarlıq İdarəsinin kollektivinin Naxçıvan Biznes Mərkəzinə muzey ekskursiyası təşkil olunmuşdur. Mərkəzlə tanışlıq zamanı bildirilib ki, 2013-cü ildən istifadəyə verilən mərkəzin əsas missiyası sahibkarlara xidmət, biznesin inkişafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili, biznes planların hazırlanmasında dəstək göstərilməsidir. Eyni zamanda burada muxtar respublikada emal müəssisələri və ailə təsərrüfatları tərəfindən istehsal olunan məhsullar, muxtar respublika sənətkarları tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, əllə toxunan xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal və xidmət müəssisələrinin xəritəsi nümayiş etdirilir. Biznes Mərkəzinin sərgi salonunda nümayiş olunan məhsullar muxtar respublikada sahibkarlığın inkişaf səviyyəsinin əyani göstəricisidir.