Naxçıvanda ənənəvi məktəbli yarmarkalarına start verildi

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə məktəbli yarmarkaları keçirilir. Sentyabrın 15-dək davam edəcək yarmarkalar Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi bazarda və muxtar respublikanın rayon mərkəzlərində təşkil olunmuşdur.