"Naxplasta" 3 yeni avadanlıq alınıb gətirilib.

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada sahibkarlıq inkişaf etdirilir, yeni müəssisələr yaradılır, tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. 2021-ci ilin dekabrından istifadəyə verilən “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyəti ötən dövrdə fəaliyyətini genişləndirib.

Polietilen istehsalını artırmaq məqsədilə müəssisəyə Türkiyə və Tayvan Respublikalarından müasir tələblərə cavab verən yeni avadanlıqlar alınıb gətirilib. Müəssisənin aylıq istehsal gücü 120 tondan 160 tona qaldırılacaqdır.