Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar iclas keçirilib.
    İclası nazir Tapdıq Əliyev açaraq bildirib ki, sentyabrın 7-də 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Nахçıvаn Muхtаr Rеspublikаsı Ali Məclisinin Sədri tərəfindən müvafiq tapşırıqlar verilmişdir.Qeyd olunub ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar meyvə-tərəvəz məhsullarının tədarük оlunması istiqamətində sоyuducu anbarların və istiхana kоmplekslərinin sahibkarları arasında maarifləndirmə işləri aparılıb, mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş məhsulların anbarlara tədarük edilməsi məqsədilə kütləvi informasiya vasitələrində elanlar verilib, istehsalçı və tədarükçü sahibkarların fəaliyyətinin əlaqələndirilməsi təmin edilib. Dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına bu gün muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının saxlanması üçün ümumi tutumu  21.910 ton olan 49 soyuducu anbar yaradılıb. Soyuducu anbarlardan ümumi tutumu 14.580 ton olan anbarlar meyvətərəvəz məhsullarının tədarükü üzrə tutumu 7.330 ton olan anbarlar isə ümumi təyinatlı anbarlar kimi ixtisaslaşıb.  Cari ilin ötən dövrü ərzində əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə ümumi tutumu 410 ton olan 2 soyuducu anbarın yaradılması başa çatdırılıb, ümumi tutumu 870 ton olan 3 soyuducu anbarın yaradılması davam etdirilib.
    Diqqətə çatdırılıb ki, tədarük dövrü başlayandan bu günədək muxtar respublika ərazisində fəaliyyət göstərən meyvə-tərəvəz məhsullarının saxlanması anbarlarına, ümumilikdə, 9062,0 ton məhsul tədarük olunub. Hazırda tədarük davam etdirilir.
    Vurğulanıb ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyası tərəfindən sоyuducu anbarlara tədarük olunan və istixana komplekslərində yetişdirilən məhsullardan 53 halda orta nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilib. 416 halda səyyar laboratoriya yoxlamaları aparılıb və normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib. 
    “Əhalinin qış aylarında tərəvəz məhsulları ilə təmin olunması mühüm məsələlərdən biridir. Bu sahəyə göstərilən diqqət nəticəsində muxtar respublikada 149 min 515 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 39 istixana təsərrüfatı fəaliyyət göstərir”, – deyən nazir diqqətə çatdırıb ki, cari ilin ötən dövrü ərzində özəl investisiya hesabına ümumi sahəsi 4235 kvadratmetr olan 4 istixana təsərrüfatının yaradılması, 4 istixana təsərrüfatının sahəsinin 4650 kvadratmetr genişləndirilməsi başa çatdırılıb. Muxtar respublika ərazisində ötən müddət ərzində istixana komplekslərində 764 ton tərəvəz məhsulları istehsal edilərək satışı həyata keçirilib.
    İstehlak olunan malların ekspertizasına toxunan iqtisadiyyat naziri bildirib ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən un və un məhsullarının keyfiyyəti də daim nəzarətdə saxlanılıb və 2022-ci ilin ötən dövrü ərzində 635 halda, о cümlədən  393 halda çörək, 175 halda unlu-qənnadı məhsulları, 50 halda un, 9 halda buğda,    8 halda kəpək nümunəsi götürülərək labоratоriyada təhlil edilib və göstəricilərin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.
    Tədbirdə payız-qış mövsümünə hazırlığın yüksək səviyyədə aparılması məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyi nazir­liyin aidiyyəti şöbələri ilə birgə daxili bazarın qorunması, mövsümə uyğun əsas ərzaq məhsullarına olan tələbatın müəyyənləşdirilməsi, soyuducu anbarların tutumuna müvafiq məhsulların tədarükünün həyata keçirilməsi, soyuducu anbarlarda avadanlıqların sazlığına mütəmadi nəzarət edilməsi, soyuducu anbarlara tədarük edilən məhsulların normativ-texniki sənədlərin tələblərinə uyğun şəkildə qəbulu və saxlanılması ilə bağlı tapşırıqlar verib. Həmçinin Ailə Təsərrüfatları İctimai Birliyinin ailə təsərrüfatları arasında koordinasiya aparmasının, fəaliyyətləri istiqamətində yaranmış çətinliklərin aidiyyəti dövlət orqanlarına çatdırılmasının, topdansatış fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə bazar tələbatına uyğun olaraq əhalinin keyfiyyətli məhsullarla və sərfəli qiymətlərlə təmin olunması üçün zəruri tədbirlərin görülməsinin də əhəmiyyəti vurğulanıb. İqtisadiyyat naziri istixana komplekslərindən səmərəli istifadə olunması və bütün istixana komplekslərində əkin işlərinin başa çatdırılmasını, həmçinin nazirliyin aparatının və tabeliyində olan qurumların enerji və qazdan istifadə zamanı qənaət tədbirlərinə riayət edilməsini, qazanxanaların işlədilməsinə kurslardan keçmiş əməkdaşların cəlb olunması və qazanxanaların fəaliyyətinə nəzarətin təmin edilməsini də mühüm tapşırıqlar kimi diqqətə çatdırıb.
    Sonra məruzə ətrafında çıxışlar olub.