Sahibkarlarımız Ticarət Forumuna qatılıb

Noyabrın 30-da Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və “Founder Club”ın birgə təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strateji tərəfdaşlığı ilə Bakı şəhərində  “İxracat və Ticarət Forumu-2022” (TEF-2022) təşkil olunub. 

Forumda dövlət rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin ticarət palatalarının nümayəndələri,  müxtəlif sahədə fəaliyyət göstərən ixracat və idxalatla məşğul olan 200-dən çox sahibkar iştirak edib.Əsas məqsədi yerli və xarici ixracatçıların yeni bazarlara giriş imkanlarının genişləndirilməsi olan Forum çərçivəsində “ixracatda və idxalatda dövlətin funksiyası”, “xarici bazarlar və onlara çıxış imkanları, “ixrac və idxal təcrübəsi və mövcud modellər” mövzularını əhatə edən 3 panel sessiyalar keçirilib.

Ənənəvi xarakter daşıyan və hər il keçirilən foruma muxtar respublikada fəaliyyət göstərən “Badamlı Mineral Sular” MMC-nin və Babək “Sirab” ASC-nin nümayəndələri qatılıb.