Tapdıq Əliyev: "Naxçıvanda böyük iqtisadi layihələr reallaşdırılacaq, investisiya mühiti canlanacaq"

Naxçıvanda böyük iqtisadi layihələr reallaşdırılacaq, investisiya mühiti canlanacaq, yeni iş yerləri açılacaq və nəticədə sosial-iqtisadi inkişaf tempi və məşğulluq səviyyəsi artacaq.NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan televiziyasına müsahibəsində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev deyib.

Nazir Prezident İlham Əiyevin sərəncamı ilə təsdiqlənən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı"nı  şərh edərək bildirib ki, Naxçıvanın azad iqtisadi zonaya çevrilməsi bu baxımdan xüsusilə önəm kəsb edir. Tapdıq Əliyev sahibkarlar və investorları azad iqtisadi zonamızda onlar üçün tətbiq olunacaq yüksək güzəştlərdən yararlanmağa dəvət edib.