"Təbriz Mehmanxanası" MMC, "Otel Qrand Naxçıvan" MMC, "Duzdağ" Otel, "Nəqşicahan Med" MMC, "Nəqşicahan İnşaat" MMC Naxçıvan Biznes Mərkəzi ilə tanış olub

Naxçıvan Muxtar Respublikasının nazirlik, komitə və baş idarələrinin muzey günlərinin qrafikinə uyğun olaraq 26 noyabr 2022-ci il tarixdə  "Təbriz Mehmanxanası" MMC, "Otel Qrand Naxçıvan" MMC, "Duzdağ" Otel, "Nəqşicahan Med" MMC, "Nəqşicahan İnşaat" MMC- nin Naxçıvan Biznes Mərkəzinə muzey ekskursiyası təşkil olunmuşdur. Mərkəzlə tanışlıq zamanı bildirilib ki, 2013-cü ildən istifadəyə verilən mərkəzin əsas missiyası sahibkarlara xidmət, biznesin inkişafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili, biznes planların hazırlanmasında dəstək göstərilməsidir. Eyni zamanda burada muxtar respublikada emal müəssisələri və ailə təsərrüfatları tərəfindən istehsal olunan məhsullar, muxtar respublika sənətkarları tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, əllə toxunan xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal və xidmət müəssisələrinin xəritəsi nümayiş etdirilir. Biznes Mərkəzinin sərgi salonunda nümayiş olunan məhsullar muxtar respublikada sahibkarlığın inkişaf səviyyəsinin əyani göstəricisidir.